AZ

Avropa ölkəsindən Bakıya “Tramp Marşrutu” ilə bağlı yeni təklif

BAKI, 11 may. TELEQRAF

“Litva “Tramp Marşrutu” (TRIPP) nəqliyyat layihəsi çərçivəsində konkret töhfə imkanları görürük və bu məqsədlə Cənubi Qafqazda tətbiq oluna biləcək sadələşdirilmiş Kalininqrad tranzit modeli ilə bağlı təcrübəmizi təklif edirik”.

Teleqraf xəbər verir ki, bunu Litva xarici işlər nazirinin müavini Odra Plepite Ermənistan mediasına deyib.

“Bu tranzit sxemi rahat hərəkət və etibarlı nəzarətə kömək edəcək. Həmçinin bu, insanlar və malların sərbəst və təhlükəsiz hərəkətinə, eləcə də şəffaf yoxlama prosedurları ilə bağlı Azərbaycanın narahatlıqlarını da həll etməyə yönəlikdir”, - diplomat vurğulayıb.

Seçilən
25
teleqraf.com

1Mənbələr