Bakıda 16 yaşadək qızlar arasında təşkil olunan UEFA İnkişaf Turnirinə bu gün yekun vurulur.
Fanat.Az xəbər verir ki, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi sonuncu gündə üçüncü oyununa çıxacaq.
Komandamız Gürcüstan yığması ilə üz-üzə gələcək.
Binə stadionunda keçiriləcək matç saat 12:00-da başlayacaq.
Xatırladaq ki, U-16 əvvəlki qarşılaşmalarda Litvaya (1:4) və Rumıniyaya (1:7) uduzub.