AZ

“Real Madrid”də böyük dəyişiklik siqnalı: Mourinyo iddiası gücləndi FOTO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Real Madrid” futbol klubunda “El-Klasiko” məğlubiyyətindən sonra yay planları və baş məşqçi məsələsi yenidən ön plana çıxıb.

İdman.Biz xəbər verir ki, “The Athletic”in jurnalisti Gilyermo Rayın məlumatına görə, Madrid klubunun planları barədə daxili informasiyaya malik mənbələr yeni transferlərin reallaşması üçün futbolçu satışlarının vacib olduğunu bildiriblər. “Real Madrid” bu dövrü keçid mərhələsi kimi qiymətləndirir.

Jurnalist yazır ki, Xabi Alonso dövründə Vinisius Juniorun “El-Klasiko” zamanı əvəzlənməsinə verdiyi reaksiya klubdaxili atmosfer və yeni layihə baxımından dönüş nöqtəsi olub. Son mövsümdə məşqçilər korpusuna və aparıcı futbolçulara yaxın mənbələr komandanın idarə olunmasının çətinləşdiyini, xarakter və eqo toqquşmalarının artdığını qeyd edirlər. “Sky Sports” da “Real Madrid”də gərginliyin artması ilə bağlı məlumatı Gilyermo Ray və Mario Kortegananın imzası ilə yayıb.

Baş məşqçi postu ilə bağlı isə Joze Mourinyo variantı gündəmdə qalır. Türkiyəli jurnalist Yağız Sabuncuoğlunun məlumatına görə, “Benfika” 17 maydan sonra portuqaliyalı mütəxəssisin ayrılığına razılıq verib. Əgər tərəflər arasında bütün şərtlər razılaşdırılsa, Mourinyo “Real Madrid”lə müqavilə imzalaya bilər. Bu keçid üçün Madrid klubunun “Benfika”ya ümumilikdə altı milyon avro (12 milyon AZN) ödəyəcəyi bildirilir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr