AZ

Rusiyanın bölgəsində təxliyə elan edilib

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Rusiyanın Yakutia bölgəsində daşqın təhlükəsi səbəbindən iki yaşayış məntəqəsində təcili təxliyə elan olunub.

BAKU.WS Rusiya KİV-ə istinadən xəbər verir ki, Lena çayında suyun səviyyəsinin kəskin artması nəticəsində Vitim və Peledoy qəsəbələrinin sakinləri təhlükəli ərazilərdən çıxarılır.

Əhaliyə evləri tərk edərkən qaz və elektrik xətlərini söndürmək, sənədlərini, pul vəsaitlərini, isti geyimləri, dərmanları, mobil telefon enerji yığma cihazlarını, eləcə də su və ərzaq ehtiyatı götürmək tövsiyə olunub.

Bildirilir ki, Nyurba, Vilyuy, Lensk və Olyokminsk rayonlarında da subasma riski yüksək olaraq qalır. Vitim və Peledoyda suyun səviyyəsi kritik həddi keçib.

Məlumata əsasən, Peledoy qəsəbəsində 20 yaşayış evi su altında qalıb. Təhlükəli zonadan 37 nəfər təxliyə edilib ki, onların da 14-ü uşaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
1
baku.ws

2Mənbələr