AZ

Avtomobillərin qiyməti BAHALAŞIR?

ain.az bildirir, Turkstan.az portalına istinadən.

Yay fəslinin gəlişi ilə əlaqədar olaraq Azərbaycanda daxili turizm sektorunda canlanma müşahidə edilir.

Paytaxtın səs-küyündən uzaqlaşmaq istəyən minlərlə ailə istirahət üçün bölgələrə üz tutur ki, bu da nəqliyyat vasitələrinə olan ehtiyacı ön plana çıxarır. Mövsümi aktivlik özünü ən qabarıq şəkildə ölkənin avtomobil bazarında büruzə verir. Xüsusilə çətin yol şəraitinə davamlı olan krossover və geniş salonlu ailə avtomobillərinə tələbat kəskin şəkildə artır. Alıcılar artıq sadəcə şəhər içi sürüşü deyil, həm də uzun məsafəli səfərlərdə yanacaq qənaəti və təhlükəsizlik amillərini əsas götürürlər. Bu tendensiya həm ikinci əl bazarında qiymətlərin stabilləşməsinə, həm də yeni model satışlarının sürətlənməsinə səbəb olur. Turkustan.az xəbər verir ki, "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası" (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev Demokrat.az-a açıqlamasında deyib ki, ilin əvvəlində, xüsusilə qış aylarında Azərbaycanda avtomobilə tələbat daha az olur:“Yaz aylarından etibarən isə bazarda canlanma müşahidə edilir. Apreldən sonra tələbat artır, may, iyun və iyul ayları satış üçün daha əlverişli dövr hesab olunur. Qış aylarında satışın zəif olmasının əsas səbəblərindən biri ilin dəyişməsi ilə bağlıdır. İnsanlar yeni avtomobil alarkən daha çox son buraxılış ilinə üstünlük verirlər. Məsələn, 2026-cı ildirsə, alıcılar eyni modelin 2025-ci il deyil, məhz 2026-cı il istehsalı olan variantını seçmək istəyirlər. Bu amil də ilin ilk üç ayında satışların azalmasına səbəb olur. Sonrakı dövrlərdə isə müxtəlif səbəblərdən avtomobil bazarında canlanma baş verir, satış həcmi və tempi artır. Xüsusilə yay aylarında bu artım daha qabarıq şəkildə hiss olunur. Bu dövrdə həm səfərlərlə bağlı ehtiyaclar artır, həm də avtomobil almağı planlaşdıran insanlar mart və aprel aylarından sonra qərarlarını reallaşdırmağa başlayırlar. Satışların əsas hissəsi yazın sonu və yayın əvvəl aylarına təsadüf edir. Bu tendensiya artıq Azərbaycanda ənənə halını alıb. Hər il avtomobil bazarı yay aylarında daha dinamik olur, qış aylarında isə nisbətən passivlik müşahidə edilir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
3
icma.az

4Mənbələr