Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Seyyid Abbas Ərakçi regional və diplomatik gündəmdəki son proseslərlə bağlı Tom Brendan və Bedr Abdelati ilə ayrı-ayrılıqda telefon danışıqları aparıb.
Bizimyol.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyi tərəfindən yayılan məlumata görə, Əraqçi Niderland xarici işlər naziri Tom Brendanla telefon danışığında iki ölkə arasındakı münasibətləri, həmçinin regional və beynəlxalq məsələləri müzakirə edib.
Tərəflər diplomatik təmasların davam etdirilməsi və qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Əraqçinin eyni zamanda Misirin xarici işlər naziri Bedr Abdelati ilə də telefon danışığı baş tutub. Görüş zamanı bölgədə baş verən son hadisələr dəyərləndirilib, həmçinin Pakistanın vasitəçiliyi ilə İran və Amerika Birləşmiş Ştatları arasında aparılan diplomatik proses müzakirə olunub.
Bildirilib ki, tərəflər regional sabitliyin qorunmasının və diplomatik kanalların açıq saxlanmasının vacibliyini xüsusi vurğulayıblar.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.