Almaniyada vətəndaşların təxminən yarısı yanacaq qiymətlərinin artması səbəbindən şəxsi avtomobillərindən istifadə etməyi dayandırmağa başlayıb.
Publika.az xəbər verir ki, bəzi məlumatlara görə, bu, ABŞ, İsrail və İran arasındakı münaqişənin nəticələri ilə bağlıdır. Bu məlumatlar “Verivox” portalının sifarişi ilə aparılan sorğu nəticəsində əldə edilib.
Respondentlərin 48%-i şəxsi avtomobillərindən istifadə etməkdən imtina etdiklərini bildiriblər.
Almanların 29%-i velosipedə, 24%-i isə daha tez-tez ictimai nəqliyyatdan istifadə etməyə keçib.
Bundan əlavə, respondentlərin üçdə ikisi (67%) enerjidən daha səmərəli istifadə etdiklərini bildiriblər. Respondentlərin 56 faizi istifadə olunmayan elektrik cihazlarını gözləmə rejimində qoymaq əvəzinə, onları tamamilə söndürüblər.