Milli.az saytına istinadən ain.az xəbər verir.
ABŞ-nin Texas ştatının Laredo şəhərində yük qatarının vaqonunda altı nəfərin meyiti tapılıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Qeyd olunub ki, meyitlər dəmiryolu yük terminalında daşıyıcı şirkət əməkdaşı tərəfindən aşkarlanıb. Ölənlərin ABŞ-yə keçməyə çalışan miqrant olub-olmadığı və ölüm səbəbləri hələlik müəyyənləşdirilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Laredo şəhəri ABŞ-Meksika sərhədində, San-Antoniodan təxminən 260 kilometr cənub-qərbdə yerləşir.
Son illərdə ABŞ sərhədinə yaxın ərazilərdə yük maşınlarında və qatar vaqonlarında çoxsaylı ölüm halları qeydə alınıb. Bu hadisələrin əksəriyyətində qurbanların miqrant olduğu bildirilir. Onların çoxu qapalı vaqonlarda temperaturun kəskin yüksəldiyini nəzərə almayaraq havasızlıqdan həyatlarını itiriblər.
Hadisənin baş verdiyi gün Laredoda havanın temperaturu 32 dərəcəni keçib.
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.