AZ

Əsgər gedən gəncin gündəm olan VİDEOsu

ain.az, Milli.az saytına istinadən bildirir.

Əsgərliyə yola salınan gəncin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Xüsusilə onun atasına dediyi sözlər və səsləndirdiyi muğam ifası diqqət çəkib.

Milli.Az xəbər verir ki, yayılan videoda gəncin hərbi xidmətə yollanmadan əvvəl atasına müraciət edərək "Ata, bir "Segah" oxuyum, sonra gedim" deməsi duyğusal anlar yaşadıb. Daha sonra isə o, muğam ifasını səsləndirib.

Ətrafdakılar tərəfindən lentə alınan görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb. Gəncin səsi və muğama olan sevgisi izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

Videoya çoxsaylı rəylər yazılıb. Bir çox istifadəçi gəncin vətən sevgisini, milli musiqiyə bağlılığını və səmimi davranışını alqışlayıb. Görüntülər xüsusilə muğamsevərlər tərəfindən də maraqla paylaşılıb.

Musa

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
134
9
news.milli.az

10Mənbələr