ain.az, Idman.biz portalına istinadən məlumat verir.
“Formula-1” pilotu, Böyük Britaniya təmsilçisi Lyuis Hemiltonun karyerasını başa vurmaqla bağlı qərarını Böyük Britaniya Qran-prisində açıqlayacağı iddia edilir.
İdman.Biz xəbər verir ki, bu barədə niderlandlı jurnalist Luis Dekker fikir bildirib. Onun sözlərinə görə, 41 yaşlı yeddiqat dünya çempionu Silverstounda vacib açıqlama verəcək.
“Silverstounda Lyuis Hemilton vacib açıqlama verəcək. Düşünürəm ki, o, 2026-cı il mövsümündən sonra karyerasını başa vuracağını elan edəcək”, - deyə Dekkerin sözlərini “Sportskeeda” yayıb.
Hemilton “Formula-1”də 2006-cı ildən çıxış edir. O, karyerasına Böyük Britaniyanın “Maklaren” komandasında başlayıb və ilk çempionluğunu 2008-ci ildə qazanıb. 2013-cü ildən “Mersedes”də yarışan pilot bu komanda ilə daha altı titul əldə edib. 2025-ci ildən isə britaniyalı sürücü “Ferrari”nin heyətində çıxış edir.
Qeyd edək ki, hələlik Hemilton və ya “Ferrari” tərəfindən bu iddia ilə bağlı rəsmi açıqlama verilməyib. Məlumat jurnalist ehtimalı kimi təqdim olunur.
İdman.Biz
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.