Yeddiqat dünya çempionu, 41 yaşlı britaniyalı pilot Lyuis Hemiltonun karyerasını başa vurmağa hazırlaşdığı bildirilir.
Publika.az xəbər verirk i, bu barədə niderlandlı jurnalist Luis Dekker məlumat verib.
Onun sözlərinə görə, Hemilton 2026-cı ildə keçiriləcək Böyük Britaniya Qran-prisində vacib açıqlama edəcək.
“Silverstounda Lyuis Hemilton mühüm bəyanat verəcək. Düşünürəm ki, o, 2026 mövsümündən sonra karyerasını başa vurduğunu elan edəcək”, – deyə Dekker bildirib.