AZ

Makron: Hörmüz boğazında beynəlxalq təhlükəsizlik missiyası yaradılacaq

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransa və müttəfiqləri Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün missiya planlaşdırırlar, lakin söhbət hərbi-dəniz qüvvələrinin yerləşdirilməsindən getmir.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Nayrobidə Keniyalı həmkarı Uilyam Ruto ilə birgə mətbuat konfransında bildirib.

"Söhbət heç vaxt Fransa və ya Fransa-Britaniya qüvvələrinin yerləşdirilməsindən getmədi", - Makron deyib. O, Fransanın hazır vəziyyətdə olduğunu söyləyib. Makron bildirib ki, bir neçə gün əvvəl Aralıq dənizinin şərq hissəsində, Hörmüz boğazına yaxın "Şarl de Qoll" aviadaşıyıcısının yerləşdirilməsi barədə qərar qəbul edilib.

Makronun sözlərinə görə, Böyük Britaniya ilə birlikdə 50-yə yaxın ölkə və beynəlxalq təşkilatın iştirakı ilə xüsusi missiya yaradılıb. Məqsəd təhlükəsiz dəniz rabitəsini təmin etmək və neft, qaz, qida və gübrə daxil olmaqla yük daşımalarının mümkün bərpasının təminatı üçün koordinasiya etməkdir.

Fransa Prezidenti qeyd edib ki, işlər İranla koordinasiyada, eləcə də region ölkələrinin və ABŞ-nin mövqeləri nəzərə alınmaqla aparılacaq. O, bütün tərəfləri təmkinli olmağa, məsuliyyət daşımağa və ritorikanın artmasından imtina etməyə çağırıb.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
32
4
cebheinfo.az

5Mənbələr