AZ

"Barselona"nın yeni hədəfi: Joau Pedro üçün "Rafinya düsturu" işə düşür

Kataloniya təmsilçisi transfer bazarında sınaqdan keçmiş üsuluna sadiq qalmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, "Sport" nəşrinin yazdığına görə, "Barselona" "Çelsi"nin hücumçusu Joao Pedronu prioritet hədəf seçib.

Klub rəhbərliyi vaxtilə Rafinyanı transfer etdikləri kimi, Premyer Liqada parlayan istedadları hələ dünya ulduzuna çevrilməmiş heyətə qatmağı planlaşdırır.

24 yaşlı braziliyalı futbolçunun transfer qiymətinin təxminən 65 milyon funt-sterlinq (təxminən 75 milyon avro) civarında olduğu bildirilir.

Seçilən
41
1
fanat.az

2Mənbələr