ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) müvəqqəti direktoru Cey Bhattaçarya bəyan edib ki, "MV Hondius" kruiz gəmisində qeydə alınan hantavirus hadisəsindən sonra epidemioloji vəziyyət tam nəzarət altına alınıb.
Redaktor.az xəbər verir ki, bu barədə o, CNN telekanalına verdiyi müsahibədə məlumat verib.
Bhattaçarya vurğulayıb ki, CDC hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və digər müvafiq beynəlxalq qurumlarla sıx əlaqədə fəaliyyət göstərir.
Hadisə ilə bağlı Nebraska Universiteti Tibb Mərkəzi də xüsusi bəyanat yayıb. Bildirilib ki, gəmidə olan Amerika vətəndaşları universitet kampusunda yerləşən xüsusi təcrid və karantin müəssisəsinə yerləşdiriləcək. Həmin şəxslər virusun inkubasiya dövrü tam başa çatana qədər mütəxəssis nəzarəti altında saxlanılacaqlar.
Analoji tədbirlərin Fransada da həyata keçirildiyi bildirilir. Rəsmi Paris xəstə insanlarla potensial təmasda olan hər bir şəxsin məcburi təcrid olunacağını elan edib.
Aminə ŞAHSUVARQIZI
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.