AZ

Makronun Hörmüz planı: 50 ölkə və beynəlxalq təşkilat bir araya gəlir

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Fransa və müttəfiqləri rəsmi Tehranla koordinasiyalı şəkildə Hörmüz boğazında təhlükəsizliyi təmin etmək üçün xüsusi missiya planlaşdırırlar. O, bölgəyə hər hansı yeni hərbi dəniz qüvvələrinin yerləşdirilməsinin müzakirə mövzusu olmadığını vurğulayıb.

Redaktor.az xəbər verir ki, bu barədə Fransa lideri Nayrobidə Keniyalı həmkarı Uilyam Ruto ilə keçirdiyi birgə mətbuat konfransında məlumat verib.

Makron qeyd edib ki, Fransanın bu prosesdə iştirakı "hazır" vəziyyətdədir, lakin söhbət heç vaxt Fransa və ya Britaniya qoşunlarının bölgəyə yerləşdirilməsindən getməyib. O, bir neçə gün əvvəl "Şarl de Qoll" təyyarədaşıyan gəmisini Aralıq dənizinin şərqindən Hörmüz boğazı yaxınlığına köçürmək qərarını belə izah edib:

"Biz Böyük Britaniya ilə birlikdə, İranla əlaqələndirmə aparmaq və region ölkələri, eləcə də ABŞ ilə münaqişələrin qarşısını almaq üçün xüsusi missiya yaratmışıq. Bu missiya 50 ölkəni və beynəlxalq təşkilatı bir araya gətirərək, şərait imkan verdikdə gübrə, qida, qaz, neft və digər malların daşınması üçün dəniz marşrutlarının bərpasını təmin etməyi hədəfləyir".

Fransa Prezidenti bütün tərəfləri "sakit və məsuliyyətli davranmağa", xüsusilə də vəziyyəti gərginləşdirən "şifahi eskalasiyadan" çəkinməyə çağırıb.

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
1
redaktor.az

2Mənbələr