AZ

"Azadlıq və sülh oradan gəlib" - Fikodan Şərq MESAJI

Slovakiyanın Baş naziri Robert Fiko Qələbə Gününün 81-ci ildönümü münasibətilə keçirilən dövlət tədbirlərində çıxış edərək, tarixi yaddaşın vacibliyinə toxunub. O, ölkəsinin azad olunmasında Şərqin rolunu xüsusi vurğulayıb.

Redaktor.az xəbər verir ki, Liptovski Mikulaş şəhərində baş tutan mərasimdə çıxış edən hökumət başçısı sülhün mənbəyinə diqqət çəkib: "Azadlıq və sülh Slovakiyaya Şərqdən gəlib. Bunu unutmayaq".

Moskva səfərindən bir gün sonra xalqa müraciət edən Fiko, 9 may tarixində Qırmızı Ordunun ölkəsini faşizm işğalından azad etməsinə görə minnətdarlığını ifadə edib.

Baş nazir çıxışında mövcud qlobal siyasi mənzərə ilə bağlı kəskin tənqidi fikirlər də səsləndirib. O, İkinci Dünya Müharibəsindən sonra qurulan beynəlxalq nizamın iflic olduğunu qeyd edib:

"Dünya xarabalığa çevrilib, artıq heç nə işləmir və heç kim qaydalara hörmət etmir. Böyük dövlətlər beynəlxalq səhnədə istədiklərini edirlər. Beynəlxalq hüquq tətbiq olunmur, Avropa İttifaqı zəifdir, BMT əhəmiyyətini itirib, NATO isə gözümüzün qabağında tədricən dağılır", - deyə Fiko vurğulayıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
13
1
redaktor.az

2Mənbələr