Millimizin üzvü Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 36-cı turun oyununa çıxıb.
QOL.az xəbər verir ki, "Partizani" doğma meydanda "Dinamo Tirana" klubunu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
10 may
"Partizani" - "Dinamo Tirana" - 2:1
Qollar: A.Keko, 19, 32 // M.Koma, 56
Vüsal İsgəndərli matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Partizani" hazırda 48 xalla 5-ci pillədə qərarlaşıb.