AZ

Xankəndidə WUF13 ilə bağlı festival keçirilib

BAKI, 10 may. TELEQRAF

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə bağlı məlumatlılığın artırılması məqsədilə Xankəndi şəhərində festivalın ikinci hissəsi keçirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Festival çərçivəsində sakinlər və qonaqlar üçün interaktiv proqramlar, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr təşkil olunub.

Tədbirdə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri mövzuları geniş auditoriyaya təqdim edilir.

6200 iştirakçının qatıldığı proqram zamanı WUF13, şəhərsalma, Xankəndi şəhərinin müasir memarlığı, tarixi və Qarabağın tarixi abidələri ilə bağlı viktorinalar və müsabiqələr keçirilib. Sualları düzgün cavablandıran iştirakçılar müxtəlif hədiyyələrlə mükafatlandırılır.

Festival çərçivəsində tanınmış şou-biznes nümayəndələrinin iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunur. Tədbirin sonunda isə atəşfəşanlıq təşkil ediləcəyi bildirilir.

Seçilən
51
teleqraf.com

1Mənbələr