Qol.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
2-ci liqada 26-cı tura start verildi
Azərbaycan 2-ci Liqasında 26-cı turun oyunlarına start verilib.
QOL.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.
“Araz Saatlı” doğma meydanda “Ağstafa Gəncləri”ni 3:0 hesabı ilə məğlub edib. “Göygöl” isə səfərdə “Şəki Siti” üzərində 2:1 hesablı qələbə qazanıb. Günün digər matçında “Ağdaş” öz meydanında “Kür-Araz”a 2:1 qalib gəlib.
10 may (şənbə)
17:00. “Araz Saatlı” - “Ağstafa Gəncləri” - 3:0
Qollar: Coşqun Əsədzadə, 34, 90+5; Yaqub Yusubov, 69
Qırmızı vərəqələr: Ramin Süleymanov, 54, Elgün Namazov, 90, Turan Məmmədov, oyundan sonra
Saatlı OİK stadionu
17:00. “Şəki Siti” - “Göygöl” - 1:2
Qollar: Zaur Fərzəliyev, 41 // Taleh Hüseynzadə, 26, 86
Zaqatala OİK stadionu
17:00. “Ağdaş” - “Kür-Araz” - 2:1
Qollar: Elvin İsmayılov, 40, Yusif Dilanov, 51 // Bayram Əliyev, 71
Ağdaş şəhər stadionu
11 may (bazar)
“Xankəndi” - “Şirvan”
“Qaradağ Lökbatan” - “Quba”
12 may (bazar ertəsi)
“Dinamo” - “Şəmkir”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.