"Qarabağ"ın futbolçusu Kadi Borqes Premyer Liqada 25-ci qoluna imza atıb.
Hit.az Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, braziliyalı yarımmüdafiəçi "Qəbələ" ilə səfər qarşılaşmasında (1:1) fərqlənib.
25-ci qoluna Misli Premyer Liqasının XXXI turunda sevinən Cənubi amerikalı buna 76-cı oyununda nail olub.
Ölkəmizdə yalnız "Qarabağ"ın formasını geyinən Kadi Borqes 2021/2022 mövsümündə 12, 2022/2023 mövsümündə 4, 2024/2025 mövsümündə 6, cari çempionatda 3 dəfə rəqib qapısına yol tapıb.
Yarımmüdafiəçi turnirin tarixinə ən azı 25 qol vuran 132-ci oyunçu kimi düşüb. Kadi 25-ci qolunu 2025/2026 mövsümündə vuran 4-cü futbolçudur. Onun komanda yoldaşı Toral Bayramov və "Araz-Naxçıvan"lılar - Felipe Santosla Ülvi İsgəndərov da yubileyini mövsümün gedişində gerçəkləşdirib.