AZ

Kiyevdən Putinə cavab gədi - Zelenski görüşə hazırdır...



Kiyevdən Putinin son açıqlamalarına cavab verib. Kiyevin açıqlamasında Zelenskinin Putinlə görüşməyə hazır olduğu, lakin bunun Moskvada baş tutmayacağı bildirilib.

Ukrayna Prezident Administrasiyasının müşaviri Serhi Leşçenko Zelenskinin Moskvadan başqa "istənilən yerdə" görüşə açıq olduğunu deyib.

Putin dünən Qələbə paradından sonra jurnalistlərə mühüm açıqlamasında bildirib ki, Zelenski ilə görüş üçüncü bir ölkədə baş tuta bilər, lakin danışıqlar üçün deyil, yekun razılaşmaların imzalanması məqsədilə.

"Üçüncü bir ölkədə görüşə bilərik, amma bu, yalnız uzunmüddətli sülh müqaviləsi üzrə yekun razılaşma əldə edildikdə, bu prosesdə iştirak etmək və ya nəsə imzalamaq üçün mümkün olacaq" – deyə Putin bildirib.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr