"Zirə" heyətdəki legionerlərindən bəziləri ilə müqavilə müddətini yeniləməyi planlaşdırır.
Sportal.az saytına verilən məlumata görə, qəsəbə təmsilçisi Ayron Qomisdən sonra Enrike Kustodio Gelainlə bağlı da qərar verib.
Belə ki, “Zirə” braziliyalı futbolçunu da heyətdə saxlamağı planlaşdırır.
Onun klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Braziliyalı mövsümün əvvəlində komandaya qoşulmuşdu.
Enrike karyerası ərzində “Koritiba”, “Nautiko”, “Parana”, “Portimonense”, “Farense”, “Belenenseş”, “Leykşoeş” klublarının formasını geyinib.
saytlarin hazirlanmasi