AZ

İran XİN: “AEBA-nın işi siyasi mesajlar yox, yoxlamadır”



Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) baş direktoru Rafael Qrossinin "X" platformasında regiondakı proseslərlə bağlı paylaşımına sərt reaksiya verib. Bəqayi bildirib ki, AEBA-nın əsas missiyası siyasi mövqe səsləndirmək deyil, nüvə obyektlərinə nəzarət və yoxlamalar aparmaqdır. "AEBA-nın missiyası Hörmüz boğazı, İranın raketləri və ya Tehranın məsələlərə yanaşması ilə bağlı siyasi mesajlar göndərmək deyil, yoxlamadır", – deyə Bəqayi yazıb. O əlavə edib ki, peşəkar qərəzsizlik siyasi davranışa və şəxsi ambisiyalara qurban verildikdə qurumların etibarlılığı zədələnir və bu, onların effektivliyini zəiflədir.
Seçilən
79
baki-xeber.com

1Mənbələr