Almaniya hökuməti Rusiya prezidenti Vladimir Putinin keçmiş kantsler Gerhard Şröderin Rusiya və Avropa İttifaqı (Aİ) arasındakı mümkün danışıqlarda vasitəçi olması təklifinə qarşı çıxıb.
Musavat.com xəbər verir ki, rəsmi Berlin bu təşəbbüsü qəbuledilməz hesab edir.
"Der Spiegel" nəşrinin məlumatına görə, Almaniya hakimiyyəti Putinin təklif etdiyi "danışıqlar variantını etibarsız" sayır. Buna səbəb kimi Rusiya tərəfinin Ukrayna ətrafındakı mövcud vəziyyətlə bağlı öz mövqeyini və şərtlərini dəyişməməsi göstərilir.
Eyni zamanda, nəşr yazır ki, Almaniya Sosial Demokrat Partiyasının (SPD) bir neçə nümayəndəsi Putinin təklifini müzakirə etməyə hazır olduqlarına dair siqnallar veriblər.
Xatırladaq ki, şənbə günü Rusiya prezidenti Aİ və Rusiya arasındakı mümkün təmaslar üçün Gerhard Şröderin ən uyğun namizəd olduğunu bəyan edib.
Musavat.com