ain.az bildirir, Lent az portalına istinadən.
ABŞ-ın Kentukki ştatında internetə çıxışla bağlı ailədaxili mübahisə az qala iki qətl hadisəsi ilə nəticələnəcəkdi.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, 44 yaşlı kişi Wi-Fi-yə görə evli cütlüyə beysbol dəyənəyi ilə vəhşicəsinə hücum etdikdən sonra həbs olunub. O, qətlə cəhddə ittiham olunur və hakim onun girov məbləğini rekord həddə - 1 milyon dollar təyin edib.
Qonşularının Wi-Fi şəbəkəsinə qoşula bilməyən Conatan Qrosso mənzildə qarışıqlıq yaradıb. O, beysbol dəyənəyini götürüb qadına bir neçə dəfə zərbə endirib. Hücum nəticəsində qadının başından qan axıb. O, mənzilinə çatana qədər Wi-Fi açılmazsa, cütlüyü öldürəcəyi ilə hədələyib. Qonşular polisə zəng ediblər. Polislər gəlib qadını mənzilinin qarşısında başından qan axdığı halda oturmuş vəziyyətdə tapıblar.
İstintaq zamanı hadisə baş verən zaman kişinin sərxoş olduğu müəyyən edilib. Hücumçu Pulaski dairə İstintaq Təcridxanasında saxlanılır. Conatan Qrossonun işi üzrə ilkin dinləmə mayın 13-nə təyin edilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.