AZ

"Kristal Pelas"ın yeni baş məşqçi hədəfi

style='margin-bottom:10px;'>

"Bornmut"un baş məşqçisi Andoni İraola Premyer Liqanın digər klubundan təklif alıb.

QOL.az xəbər verir ki, insayder Krrishin məlumatına görə, ispaniyalı mütəxəssisə "Kristal Pelas" 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə təklif edib. Müqaviləyə əsasən, onun illik maaşı təxminən 4,9 milyon avro olacağı qeyd olunub.

Bildirilir ki, İraola London klubunun təklifinə maraq göstərsə də, yekun qərar verməyə tələsmir. Çünki "Çelsi" və "Mançester Yunayted"in də onunla maraqlandığı qeyd olunur.

Qeyd edək ki, 2023-cü ildən "Bornmut"u çalışdıran İraolanın komandası hazırda Premyer Liqada 52 xalla 6-cı pillədə qərarlaşıb.

Seçilən
74
1
teleqraf.com

2Mənbələr