"SKA-Xabarovsk"un Azərbaycan əsilli futbolçusu İslam İmamov karyerasını Premyer Liqamızda davam etdirmək niyyətindədir.
Rusiya I divizionunda çıxış edən Xabarovsk klubunun üzvü olan İmamov Sportal.az saytına açıqlamasında bunları deyib:
"Hazırkı komandam yeni müqavilə ilə bağlı mənə müraciət edib. Çünki müqaviləm gələn ay başa çatacaq. Ola bilsin ki, məşqçilər korpusunda dəyişikliklər edildi. Hamımız çempionatın sonunu gözləyirik. Bundan sonra qərar verəcəyik. Amma yayda Azərbaycan klubuna keçə bilərəm. Çünki Premyer Liqanın bir neçə klubu ilə danışığımız var. Necə olacağını hamımız birlikdə görəcəyik. Ciddi təkliflərdir. Bunun reallaşıb-reallaşmayacağını elə mövsüm bitdikdən sonra, yayda görəcəyik"
24 yaşlı qapıçı 2022-ci ildən “SKA-Xabarovsk”un qapısını qoruyur. Onun Rusiya klubu ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. İmamov “Legion-Dinamo”, “Kuban Holdinq” klubların üzvü olub.
Mirbağırağa
saytlarin hazirlanmasi