Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş yalnız sülh müqaviləsinin imzalanması məqsədilə mümkündür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya lideri bunu Qələbə Günü tədbirlərindən sonra jurnalistlərə bildirib.
O, görüşün Moskvada keçirilməsində israr etmədiyini və üçüncü ölkəni seçməyə hazır olduğunu, yalnız tərəflər yekun razılığa gəldikləri təqdirdə iştirak edəcəyini deyib.
“Üçüncü ölkədə görüş də mümkündür, lakin yalnız uzunmüddətli tarixi perspektivə malik sülh müqaviləsi üzrə yekun razılaşmalar əldə edildikdən sonra” - deyə Putin bildirib.
O, həmçinin “Rusiya ilə qarşıdurma yaratmağa çalışan Qərb siyasətçilərinin hərəkətlərinə” baxmayaraq, Ukrayna ilə münaqişənin sona çatmaq üzrə olduğu deyib.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.