AZ

"Real"ın forvardı "Barselona"ya qarşı oynamayacaq

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 35-ci turunda "Barselona"ya qarşı keçiriləcək oyunda oynamayacaq.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, Madrid klubu axşam keçiriləcək matç üçün heyəti açıqlayıb. Həmin heyətdə isə Kilianın adı qeyd edilməyib. Hücumçu bir gün əvvəl əsas heyətlə məşqlərə qayıtsa da, məşqçilər heyəti onun sağlamlığını riskə atmamaq qərarına gəlib.

Bu arada, Aurelien Tçuameni "Los Blancos"un heyətinə qayıdıb.

Yarımmüdafiəçi komanda yoldaşı Federiko Valverde ilə mübahisəyə görə klub tərəfindən 500 min avro cərimələnmişdi.

saytlarin hazirlanmasi

Seçilən
50
2
sportal.az

3Mənbələr