AZ

Çelsi sabiq futbolçusuna tapşırıla bilər

Qol.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Çelsi" sabiq futbolçusuna tapşırıla bilər

“Çelsi”nin sabiq futbolçusu Filipe Luis London klubunun baş məşqçi vəzifəsinə namizədlərdən biridir.

QOL.az xəbər verir ki, insayder Fabritsio Romanonun yaydığı məlumata görə, “Çelsi” yayda braziliyalı mütəxəssisi komandanın baş məşqçisi təyin etməyi nəzərdən keçirir. 

Klub rəhbərliyi 40 yaşlı çalışdırıcını komandanın yenidən qurulması prosesində əsas fiqurlardan biri hesab edir. Rəhbərlik onun həm klubun daxili fəlsəfəsini bilməsini, həm də qısa müddətdə məşqçi kimi göstərdiyi inkişafı yüksək qiymətləndirir.

Qeyd edək ki, Filipe Luis 2014/2015 mövsümündə “Çelsi”də çıxış edib. O, London təmsilçisi ilə İngiltərə Premyer Liqasının və Liqa Kubokunun qalibi olub. 

Son olaraq “Flamenqo”nu çalışdıran braziliyalı mütəxəssis mart ayında vəzifəsindən ayrılıb və hazırda işsizdir. A seriyası təmsilçisi Filipe Luisin rəhbərliyi altında Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkubokunu qazanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
3
qol.az

4Mənbələr