AZ

ÜST rəhbərindən Tenerife həyəcanı ilə bağlı AÇIQLAMA: Bu, ikinci COVID deyil

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus İspaniyanın Kanar adaları sahillərinə yaxınlaşan sərnişin gəmisində aşkarlanan hantavirus infeksiyası ilə bağlı rəsmi bəyanat yayıb.Demokrat.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində virus aşkarlanan Niderland bayraqlı "MV Hondius" gəmisi hazırda Tenerife adası yaxınlığında lövbər salıb. Sakinlər arasında yaranan panikanı aradan qaldırmağa çalışan ÜST rəhbəri bildirib ki, hazırda ictimai sağlamlıq üçün risk səviyyəsi aşağıdır. O, bu hadisənin yeni bir qlobal pandemiya (COVID-19) dalğası olmadığını vurğulayaraq, vəziyyətin tam nəzarətdə saxlanıldığını qeyd edib.Məlumata görə, gəmidə epidemiya başlayandan bəri artıq 3 nəfər dünyasını dəyişib, 5 nəfərin isə virusa yoluxduğu təsdiqlənib. Gəmidəki "Andes" ştamının insandan-insana keçmə ehtimalını nəzərə alan İspaniya səlahiyyətliləri təxliyə üçün sərt qaydalar müəyyənləşdirib.Təxliyə planına əsasən, gəmidəki 140-dan çox sərnişinin sahilə baqaj çıxarmasına icazə verilməyəcək. Sərnişinlər yalnız sənədlərini və mobil telefonlarını götürməklə gəmidən endiriləcək və dərhal xüsusi reyslərlə öz ölkələrinə göndəriləcəklər. Gəmi isə tam dezinfeksiya edilməsi üçün Niderlanda yola salınacaq.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
84
demokrat.az

1Mənbələr