AZ

Alimlər qlobal iqlim fəlakəti barədə xəbərdarlıq etdilər

Antarktidada şelf buzlaqları ehtimal ki, əvvəllər təxmin edildiyindən daha sürətlə əriyir.

Publika.az xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc olunan araşdırmada məlumat verilir.

Qeyd olunub ki, bu prosesin əsas qlobal nəticəsi dəniz səviyyəsinin qalxmasının sürətlənməsidir. Tədqiqatçılardan biri olan Sin Çjou Antarktidanın gələcəkdə dəniz səviyyəsinin yüksəlməsi üçün ən böyük potensial mənbə olduğunu bildirib.

İşin müəllifləri xəbərdarlıq ediblər ki, əgər Antarktida şelfi zəifləsə və ya dağılmağa başlasa, bu proses hazırda xüsusi buz qalxanı tərəfindən saxlanılan milyardlarla ton buzu sərbəst buraxa bilər. Alimlər ehtimal olunan daşqın nəticəsində milyonlarla insanın zərər çəkəcəyini vurğulayıblar, çünki buz təbəqəsinin yoxluğu dəniz səviyyəsini 58 metr qaldıra bilər.

Seçilən
60
2
publika.az

3Mənbələr