AZ

Ağdamda ağır qəza: 3 ölən, 4 xəsarət alan var

Ağdamda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, qəza Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“KIA” və “VAZ-2106” markalı minik avtomobilləri toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
26
5
heftelik.az

5Mənbələr