Tədqiqatlar göstərir ki, B12 vitamini təkcə sinir sistemi sağlamlığı üçün deyil, həm də enerji istehsalı və əzələ kütləsinin qorunmasında vacib rol oynayır.
Day.Az xəbər verir ki, Kornell Universitetinin alimləri bildirirlər ki, B12 çatışmazlığı skelet əzələlərinin mitoxondrial enerji istehsalını zəiflədir və əzələ kütləsinin azalmasına səbəb ola bilər.
Əvvəllər diqqət daha çox anemiya, neyropatiya və yaddaş problemləri kimi simptomlara yönəlsə də, yeni tədqiqatlar göstərir ki, hətta orta səviyyəli B12 çatışmazlığı da metabolizm, immun sistem və yaşlanma proseslərinə mənfi təsir göstərə bilər.
B12 çatışmazlığı xüsusilə yaşlılar, vegeterianlar və heyvan mənşəli məhsullara məhdud çıxışı olan qruplarda geniş yayılıb. Alimlər B12 vitamini istehsalında laboratoriyada yetişdirilən spirulina yosununun insan tərəfindən mənimsənilə bilən forması ilə təminatın milyonlarla insan üçün, xüsusən də uşaqlar üçün faydalı ola biləcəyini bildirirlər.