sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Bu gün Misli Premyer Liqasında 31-ci tura yekun vurulacaq. Sport24.az xəbər verir ki, hesabat həftəsinin son oyun günündə iki qarşılaşma baş tutacaq.
Günün ilk matçı Tovuzda keçiriləcək. "Turan Tovuz" "doğma divarlar" arasında "Karvan Yevlax"ı qəbul edir. Meydan sahiblərinin bu yay ölkəmizi Konfrans Liqasında təmsil edəcəyi rəsmiuləşib. Ancaq "boz qurdlar"ın mövsümü ikinci pillədə başa vurmaq şansı var. Bu səbəbdən Yevlax təmsilçisi ilə görüşdə Kurban Berdıyevin komandasının əsas hədəfi 3 xal olacağı heç kimdə şübhə doğurmur. Qonaqlar isə bu görüşdə məğlub olacağı təqdirdə elitanı tərk edəcəyi rəsmiləşəcək.
Qeyd edək ki. görüşün start fiti saat 17:00-da səslənəcək.
Misli Premyer Liqası
III dövrə, XXXI tur
17:00. "Turan Tovuz" - "Karvan-Yevlax"
Hakimlər: Əkbər Əhmədov, Akif Əmirəli, Zeynal Zeynalov, Niyaz ƏhmədovVAR: Elçin MəsiyevAVAR: Namiq HüseynovHakim-inspektor: Əmrah İbrahimov AFFA nümayəndəsi: Eldəniz MusayevTovuz. Şəhər stadionu.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.