AZ

Yüksəkrütbəli erməni zabitinin dəfnində gözlənilməz hadisə VİDEO

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan ölən erməni hərbçi Mayor Qaruş Hambartsumyanın dəfnində iştirak edib.

BAKU.WS xəbər verir ki, Paşinyan sosial şəbəkədə canlı yayımda dəfn prosesini izləyiciləri üçün təqdim edib.

Dəfn prosesi zamanı mayorun ailə üzvləri göz yaşlarına boğulub, hətta yaxınlarından biri huşunu itirib.

Günlərdir cəbhədə təxribata əl atan Ermənistan rəhbərliyinin məsuliyyətsizliyini bu gün sadə ermənilər çəkməkdədir.

Hələ neçə-neçə itkiləri olan Ermənistan tərəfi başa düşməlidir ki, təxribat davam etdikcə ağlayan erməni qadınlarının sayı da artacaq. Nikol Paşinyan Ermənistanın işğalçı siyasətini dayandıraraq buna bənzər görüntülərin daha da çox yayılmasının qarşısını ala bilər.

Çünki ermənilərin təcavüzkar siyasəti davam etdikcə ordumuzun cavab tədbirləri daha sərt olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
48
baku.ws

1Mənbələr