AZ

Ermənistanın səhiyyə naziri: Oğlum sərhəddə xidmət edir, amma artıq rahat yata bilirəm

Ermənistanda hakim Vətəndaş Müqaviləsi partiyası seçki kampaniyasında təhlükəsizlik və “sülh gündəliyi” mövzusunu ön plana çıxarmağa davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Qafan şəhərində keçirilən seçki mitinqində çıxış edən Ermənistanın səhiyyə naziri Anahit Avanesyan emosional açıqlamalar verib.

Nazir bildirib ki, son dövrlərdə sərhəddə vəziyyətin sabitləşməsi ailələrdə də psixoloji rahatlıq yaradıb.

“Çünki bizim sülhümüz var. Çünki avqustun 8-dən sonra mən özüm rahat başla yata bildim. Çünki oğlum Qafanda xidmət edirdi və mən təhlükəsizlik hiss edirdim”, - deyə Avanesyan bildirib.

O əlavə edib ki, Ermənistan cəmiyyəti “sülhün sahibi” olmalıdır.

Musavat.com

Seçilən
12
5
musavat.com

6Mənbələr