Rusiya prezidenti Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarının xüsusi diqqət tələb etdiyini bildirib.
"Unikal" xəbər verir ki, Vladimir Putin bunu brifinq zamanı deyib.
Dövlət başçısı respublikada bu məsələ ilə bağlı referendum təşkil etməyi təklif edib: "Ermənistan Avropa İttifaqı ilə yaxınlaşma yolunu seçib-seçmədiyinə, yoxsa Avrasiya İqtisadi İttifaqında qalacağına ən qısa zamanda qərar verməlidir. Əgər Ermənistanda referendum keçirilərsə və xalq Aİ-yə qoşulmağı dəstəkləsə, Rusiya sivil şəkildə ayrılmağı nəzərdən keçirə bilər. Buna uyğun olaraq, biz müvafiq nəticələr çıxaracaq və mülayim, ağıllı və qarşılıqlı faydalı boşanma yolunu tutacağıq".
Onun sözlərinə görə, Ukrayna məsələsində də hər şey Avropaya inteqrasiya məsələsindən başlayıb.
Putin həmçinin qeyd edib ki, respublikanın Avropa İttifaqına daxil olması məsələsi 28-29 may tarixlərində Astanada keçiriləcək Avrasiya İqtisadi İttifaqının növbəti sammitində müzakirə oluna bilər.
Ağarza Elçinoğlu