AZ

İran DÇ-2026-da iştirak üçün şərtlərini açıqladı

style='margin-bottom:10px;'>

İran Futbol Federasiyası DÇ-2026-da iştirak üçün ABŞ-yə bir sıra şərtlər irəli sürüb.

QOL.az xəbər verir ki, federasiya prezidenti Mehdi Tac vizaların problemsiz verilməsi, İran bayrağı və himninə hörmət göstərilməsi, həmçinin komandanın təhlükəsizliyinin təmin olunmasını tələb etdiklərini açıqlayıb.

Bildirilir ki, İran tərəfi hava limanları, otellər və stadionlara gedən marşrutlarda yüksək təhlükəsizlik tədbirlərinin görülməsini tələb edib. Tac xüsusilə İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət keçmiş şəxslərin də vizaları rahat şəkildə almalı olduğunu vurğulayıb.

ABŞ dövlət katibi Marko Rubio iranlı futbolçuların normal qarşılanacağını bildirsə də, SEPAH-la əlaqəsi olan bəzi şəxslərin ölkəyə girişinə məhdudiyyət qoyula biləcəyini vurğulayıb.

Qeyd edək ki, İran millisi DÇ-2026-da G qrupunda Belçika, Misir və Yeni Zelandiya ilə mübarizə aparacaq. Komandanın bütün qrup oyunları ABŞ-də keçiriləcək.

Seçilən
42
teleqraf.com

1Mənbələr