AZ

Amiran Qiorqadze: Heydər Əliyev Gürcüstanda böyük hörmətə malik olan bir şəxsiyyətdir

"Heydər Əliyev Gürcüstanda böyük hörmətə malik olan bir şəxsiyyətdir".

Bunu Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze "Report"a açıqlamasında deyib.

Qiorqadze bildirib ki, Gürcüstanın böyük dostu olan Heydər Əliyev Qafqazda sülhün qorunub saxlanılmasında mühüm rol oynayıb.

Onun sözlərinə görə, 1990-cı illərdə Heydər Əliyev və Gürcüstanın o zamankı rəhbəri Eduard Şevarnadzenin dostluğu nümunəvi olub və məhz həmin dövrdə ölkəmizdə bir sıra iri iqtisadi və digər layihələr həyata keçirilib.

"Bu layihələr Gürcüstanın inkişafına mühüm töhfə verib. Biz Heydər Əliyev və Azərbaycan xalqı tərəfindən gördüyümüz hörmət və dostluğa görə minnətdarıq və təşəkkür edirik. Onu da qeyd etmək istəyirəm ki, Gürcüstanda Heydər Əliyev şəxsiyyətinə böyük hörmət var. Məhz bu gün Tbilisidə onun büstünün olması da bunun göstəricisidir".

Seçilən
37
far.az

1Mənbələr