ain.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropanın transfer bazarında "Sportinq"in ulduz müdafiəçisi Maksi Arauxo ətrafında gərginlik artır.
Fanat.Az xəbər verir ki, "Diario AS"ın yaydığı məlumata görə, "Mançester Yunayted", "Çelsi" və "Tottenhem" 26 yaşlı futbolçunu yaxından izləyir.
Xüsusilə Çempionlar Liqasında "Arsenal"a qarşı göstərdiyi möhtəşəm performans ingilis klublarının skautlarını heyran qoyub.
Portuqaliya təmsilçisi Arauxonun müqaviləsinə 80 milyon avroluq sərbəstqalma maddəsi qoysa da, transferin 50 milyon avro civarında reallaşa biləcəyi iddia edilir. Uruqvaylı futbolçunun bu yay keçiriləcək Dünya Çempionatındakı çıxışı onun bazar dəyərini daha da yüksəldə bilər.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.