AZ

İran DÇ-2026-da iştirak şərtlərini açıqladı

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ölkə millisinin 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında iştirak edəcəyini açıqlayıb.

“RMC Sport”un məlumatına görə, Tac İrana qarşı beynəlxalq təzyiqlərə baxmayaraq komandanın turnirə qatılacağını bildirib.

“Biz dünya çempionatında iştirak edəcəyik və öz əqidəmizdən, mədəniyyətimizdən və prinsiplərimizdən imtina etməyəcəyik. Heç bir xarici qüvvə İranı haqq etdiyi yarışdan kənarda saxlaya bilməz”, - federasiya prezidenti deyib.

O bildirib ki, Tehran turnirdə iştirakla bağlı bir sıra şərtlər irəli sürüb. İran tərəfi viza prosedurlarının təmin olunmasını, milli komandanın heyətinə, ölkə bayrağına və dövlət himninə hörmət göstərilməsini tələb edir.

Bundan əlavə, İran nümayəndə heyəti üçün hava limanlarında, hotellərdə və oyunların keçiriləcəyi stadionlara aparan marşrutlarda yüksək təhlükəsizlik tədbirlərinin görülməsi istənilib.

Seçilən
16
1
anews.az

2Mənbələr