AZ

Maaş kartlarında YENİLİK: İşçi kartı özü SEÇƏCƏK

Ajans.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov məlumat verib. O bildirib ki, bununla bağlı texniki hazırlıq işlərinə artıq başlanılıb. Hazırda əksər hallarda əməkhaqqı işəgötürənin əməkdaşlıq etdiyi bank vasitəsilə köçürülür ki, bu da vətəndaşların seçim imkanlarını məhdudlaşdırır. Yeni mexanizm tətbiq olunarsa, işçilər xidmət keyfiyyəti, komissiya haqları və mobil tətbiq imkanlarını nəzərə alaraq istədikləri bankı seçə biləcəklər.

Seçilən
54
Ajans.az

1Mənbələr