AZ

Bakıda 9 May Qələbə günü münasibətilə təntənəli tədbir keçirilib

Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) təşkilatçılığı ilə 9 May – Alman faşizmi üzərində Qələbə Günü münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə MDB-nin Azərbaycandakı nümayəndələri, Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları arasında müsəlman və pravoslav dini icmaların nümayəndələri, Azərbaycan Kazakları Təşkilatının təmsilçiləri, Rusiya Federasiyasının Primorsk diyarında fəaliyyət göstərən “Dostluq” diaspora təşkilatının sədri, həmçinin 20 ildən artıq müddətdə Primorskda nəşr olunan “Azərbaycan” qəzetinin baş redaktoru Ramiz Yusif oğlu Zeynalov da olub.

Tədbirdə faşizm üzərində qələbənin tarixi əhəmiyyətindən, xalqlar arasında dostluq və həmrəyliyin vacibliyindən danışılıb. Çıxış edənlər 9 May tarixinin dünya tarixində xüsusi yer tutduğunu vurğulayıblar.

Seçilən
36
azreform.info

1Mənbələr