Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Santos"un hücumçusu Neymarın adı bu yay keçiriləcək dünya çempionatı üçün Braziliya millisinə dəvət alan 55 nəfərlik ilkin siyahıya salınıb.
Fanat.Az xəbər verir ki, informasiyanı "Globo" yayıb.
Mənbə buna baxmayaraq, 34 yaşlı forvardın mundialda iştirakının hələ də sual altında olduğunu vurğulayıb. Məlumata görə, yığmanın baş məşqçisi Karlo Ançelotti Neymarla bağlı son qərarını yaxın həftələrdə verəcək. Ulduz oyunçunun DÇ-2026-ya aparılacaq 26 futbolçu arasında yer almaq üçün fiziki formasının qaydasında olduğunu isbatlamaq məcburiyyətində qaldığı bildirilib.
Toğrul
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.