AZ

Suares milliyə qayıtmaq istəyir

Sportal.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2024-cü ildə Uruqvay millisindəki karyerasını başa vurduğunu açıqlayan Luis Suares qərarını dəyişib.

Sportal.az xəbər verir ki, "İnter Mayami"nin 39 yaşlı hücumçusu dünya çempionatı üçün yığmaya qayıtmağa hazır olduğunu bildirib:

"Dünya çempionatında mənə ehtiyacları olarsa, milli komandaya əsla "yox" demərəm. O dövrdə gənc nəslin yolunu açmaq üçün kənara çəkilmişdim. Deməməli olduğum bir söz demişdim. Üzr istəməli olduğum şəxslərdən artıq çoxdan üzr istəmişəm. İçimdə hələ də o adrenalin, oynamağa davam etmək arzusu var. İnsan daxilində hələ bir az həyat qaldığını fərq edir. Rəqabət aparmağa davam etmək hissi keçirirəm".

Qeyd edək ki, Uruqvay millisi yayda keçiriləcək dünya çempionatının H qrupunda İspaniya, Səudiyyə Ərəbistanı və Kabo-Verde ilə mübarizə aparacaq.

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
sportal.az

2Mənbələr