AZ

DTX-nın tutduğu Əli Kərimliyə AĞIR İTKİ

Ajans.az xəbər verir ki, siyasətçinin atası Əmirhüseyin Kərimov vəfat edib.

Mərhum doğulduğu Saatlı rayonunda dəfn olunacaq.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) noyabrın 29-da AXCP sədri Ə.Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıb. Səbail Rayon Məhkəməsi dekabrın 1-də onların hər biri barəsində 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçib. Fevralın 9-da Səbail Rayon Məhkəməsi Ə.Kərimli və M.İbrahimin həbs müddətinin 4 ay müddətinə uzadılması haqqında qərar verib.

Fevralın 16-da Ə.Kərimli və M.İbrahimin həbs müddəti 4 ay uzadılıb.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham edilirlər. Hər iki şəxs Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev barəsində başladılan cinayət işi çərçivəsində həbs olunublar. (yeni sabah)

Seçilən
14
3
Ajans.az

9Mənbələr