AZ

15,9 min şəxsə əlillik təyin olunub

Bu ilin yanvar-aprel ayları ərzində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi 15,9 min şəxsə əlillik statusu verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu şəxslərin 7,1 mini ilkin, 8,8 mini isə təkrar əlillik təyinatı alıb.

Məlumatda bildirilir ki, əlilliyin qiymətləndirilməsi tamamilə elektron sistem vasitəsilə həyata keçirilir. Səhiyyə müəssisələri göndərişlərini e-sistem üzərindən təqdim edir və həmin məlumatlar əsasında ekspertiza prosesi aparılır.

Əlillik statusu təsdiq edildikdən sonra isə e-sistem avtomatik şəkildə sosial ödənişlərin təyinini təmin edir, beləliklə vətəndaşlar əlavə müraciət etmədən də hüquqlarını əldə edə bilirlər. Təyinatdan sonra isə vətəndaşlar əlavə müraciət etmədən, sistem üzərindən proaktiv qaydada sosial ödənişlərini almağa başlayırlar. Beləliklə, əlillik statusu və hüquqları daha sürətli və rahat şəkildə təmin olunur.

Züleyxa ƏLİYEVA, 

“Azərbaycan

Seçilən
68
azerbaijan-news.az

1Mənbələr