AZ

A Seriyasına qayıtdılar

style='margin-bottom:10px;'>

İtaliya B Seriyasının 38-ci turunun son oyununda "Frosinone" evdə "Mantova"nı 5-0 hesabı ilə məğlub edib.

QOL.az xəbər verir ki, beləliklə, "Frosinone" B Seriyasında 2-ci yeri tutub. Bununla da komanda 2023/24 mövsümündən bəri oynamadığı A Seriyasına vəsiqəni təmin edib. Daha əvvəl isə "Venesiya" lider kimi elitaya vəsiqəni rəsmiləşdirmişdi.

Yüksək liqaya son yer uğrunda isə 6 klub mübarizə aparacaq.Pley-off mərhələsinin ilk oyunları 12 mayda keçiriləcək.

Onu da əlavə etməliyik ki, "Piza" və "Verona" artıq A Seriyasından düşüblər. Üçüncü komandanın taleyi "Kremoneze", "Leççe", "Fiorentina" və "Kalyari" arasında həll olunacaq.

Seçilən
46
2
teleqraf.com

3Mənbələr