Sabunçu rayonunun Zabrat qəsəbəsində su borusunun partlaması ərazidə yaşayan sakinlərin həyat şəraitini çətinləşdirib.
Oxu.Az-a daxil olan görüntülərdə suyun küçəyə axdığı, ətraf ərazilərdə gölməçələr yaratdığı müşahidə edilir.
Həmçinin stansiya ərazisinə və dəmiryolu xətlərinin altına su dolduğu bildirilir.
Sakinlər problemin qısa müddətdə aradan qaldırılmasını və aidiyyəti qurumların tədbir görməsini tələb edirlər.
"Cebheinfo.az"